Nik de Friz: Bəhanələr gətirmək istəmirəm

Niderlandlı sürücü Bakıdakı yarışda baş verən qəzanın məsuliyyətini öz üzərinə götürüb.

F-1.az xatırladır ki, AlphaTauri-nin bu il ilk dəfə tam mövsüm keçirən sürücüsü Bakıdakı yarışın əvvəllərində qəza edərək Təhlükəsizlik Maşınının trasa girməsinə səbəb olmuş, bu da yarışın qalibinin kim olmasında mühüm rol oynamışdı. Nik mətbuat konfransında artıq məyusluğunu üzərindən atdığını və irəli baxdığını bildirib.

Nik de Friz: “Növbəti yarışın bu həftəsonu keçirilməsi mənə çox kömək edir. Bakıda müsbət məqamlar da oldu – yüksək temp nümayiş etdirdik, komanda yaxşı irəliləyiş əldə etdi. Həftəsonuna çox rəqabətli səviyyədə başladıq, amma yarışda baş verənlər… Belə şeylər olur, ona görə də davam etmək lazımdır.

Mayamiyə çox erkən uçduq və artıq çərşənbə axşamından mərhələyə hazırlaşmağa başladıq. Qarşıda bizi çox maraqlı Qran Pri gözləyir və mən burada olmaqdan şadam. Gəlin görək bu həftə sonu nə edə biləcəyik”.

Qeyd edək ki, komanda yoldaşı Yuki Tsunodadan fərqli olaraq, Nik bu mövsüm hələ xal toplaya bilməyib. Bunun son dörd yarışdan üçünün çətin şəhər traslarında baş tutması ilə bağlı olub-olmadığını soruşduqda, Nik belə cavab verib: “Hər kəs bərabər səviyyədədir və mən özüm üçün bəhanə axtarmaq istəmirəm. Biz bilirik ki, şəhər traslarında səhvə yer yoxdur və nəticə əldə etmək üçün sabitlik vacibdir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*