Rəsmən: Rikkardonu gənc Louson əvəz edəcək

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Niderland Qran Prisində Daniel Rikkardonu gəmc Liam Louson əvəz edəcək.

F-1.az xatırladır ki, Daniel Rikkardo Niderlandda ikinci sərbəst yürüşlərdə yerlisi Oskar Piastriyə çırpılmamaq üçün qəza edib və sol biləyini zədələyib. Bunun səbəbi isə avstraliyalı sürücünün çırpılma anında əlini sükandan tutması olub.

Qəzadan sonra 34 yaşlı sürücü radiodan biləyinin ağrıdığını deyib və onu xəstəxanaya aparıblar. Bir müddətdən sonra isə Helmut Marko bildirib ki, Rikkardonun sol əli qırılıb və o, Niderland Qran Prisində daha iştirak edə bilməyəcək.

AlphaTauri-nin sükanı arxasına isə komandanın ehtiyat sürücüsü Liam Louson keçəcək.

Helmut Marko: “Əli qırıldı. Buna görə də yarışmayacaq. Onu Liam Louson əvəz edəcək. Onun üçün çətin haldır. Doğrudan da heyif oldu, çünki burada güclü idi”.

Qeyd edək ki, Liam Louson keçən il Formula2-də üçüncü olduqdan sonra Yaponiyanın Super Formula seriyasında çıxış etməyə başlayıb. Gənc sürücü burada 3 qələbə qazanıb və hazırda turnir cədvəlində ikinci yerdə gedir.

Xatırladaq ki, Louson bu il nə Red Bull-da nə də AlphaTauri-də sərbəst yürüşlərdə iştirak edib. Bu isə o deməkdir ki, britaniyalı sürücü bu il ilk dəfə Formula1 bolidi sürəcək.

Qeyd edək ki, Liam Lousonun Macarıstanda Nik de Frizi əvəz etməsi gözlənilirdi. Ancaq Red Bull onu gözlədərək, daha təcrübəli Daniel Rikkardonu AlphaTauri-yə cəlb etmişdi.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*