Rəsmən: D.Rikkardo Red Bull-dan ayrılıb

Red Bull uzun müddət davam edən intizardan sonra Rikkardonun komandadan ayrıldığını açıqlayıb.

F-1.az xatırladır ki, avstraliyalı sürücü fevral ayından komanda ilə danışıqlar aparsa da, müqavilə bağlamırdı. Lakin sonda Rikkardo 5 mövsümdür çıxış etdiyi komanda ilə yollarını ayırıb.

Kristian Horner: “Onun ayrılmaq qərarına hörmət edirik. Ona uğurlar diləyirik. Ona təşəkkür edirik, çünki 2014-cü ildə komandaya qoşulduqdan sonra bizim üçün 7 qələbə və 29 podium əldə etdi. İndi isə gələn il Ferstappenlə yarışacaq sürücünü seçməyə fokuslanacağıq. Mövsümün sonuna 9 yarış qalıb və Maksla Danielin ən yaxşı nəticələri qazanmaqları üçün əlimizdən gələni edəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*