K.Horner: Problem fərqlidir

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Avstraliyada yaşadıqları yanacaq sistemi problemi Bəhreyndəkindən fərqlidir.

F-1.az xatırladır ki, Maks Ferstappen bazar günü keçirilən Avstraliya yarışında mübarizəni vaxtından əvvəl dayandırmalı olub.

Kristian Horner: “Maksın mübarizəni dayandırması əsəbpozucudur. Problemin səbəbi çəndən kənarda olan yanacaq sistemidir. İndi detalları Yaponiyaya göndərəcəyik və problemi anlamağa çalışacağıq.

Problemi anlamalı və tezliklə həll etməliyik. İki yarışada Maks 36, komanda isə 50 xal itirdi. Yoxsa hər iki çempionatda hər şey fərqli olardı”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*