Barselona, 28.02.2018

Barselonada əsl qış havası olub. Qar yağıb, tibbi helikopter havaya qalxa bilməyib və start təxirə salınıb. Komandaların əməkdaşları qardan adamlar düzəldiblər, marşallar qar topu oynayıblar, lakin tribunalar boş olub. Halbuki bu gün McLaren-də işləmək növbəsi Fernando Alonsoda idi.

F-1.az xəbər verir ki, qarı tezliklə yağış əvəzləyib. Üçsaatlıq gecikmədən sonra yaşıl işıq yanıb, lakin komandalar işləmək istəməyiblər. Çünki belə şəraitdə sürüşərək qəza etmək ehtimalı böyükdür. Ferrari komandası rəsmən təsdiqləyib ki, bu gün testlərdə iştirak etməyəcək.

Paddokda isə gələn mövsüm qış testlərinin daha isti və quru havası olan Bəhreyndə keçirilməsi məsələsi yenidən müzakirə olunmağa başlayıb. Bu qərarın tərəfdarlarının bu gün danışmaq üçün haqlı arqumentləri var.

Yağış başlayandan sonra yerdəki qar tez əriyib. Hər halda bir neçə sürücü trasa çıxıb. İlk olaraq Alonso və Rikkardo yağış təkərləri ilə bir dövrə vurublar. Eriksson çınqıllığa çıxıb, lakin boksa qayıda bilib. Sonra isə yağış güclənib.

Sabah ilk testlərin son günüdür. Havanın temperaturu +15 dərəcəyə qədər yüksələcək, lakin bütün günü yağış yağacağı gözlənilir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə Təkər
1 14 Fernando Alonso McLaren 2:18.545 11 Wet
2 3 Daniel Rikkardo Red Bull 2
3 9 Markus Eriksson Sauber 1
4 28 Brendon Hartli Toro Rosso 1
5 40 Robert Kubitsa Williams 1
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*