F.Alonso: İtaliya yarışından dərs çıxarmalıyıq

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, boliddən razı deyillər və İtaliya yarışından dərslər çıxarmalıdırlar.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 10-cu başladığı yarışı 9-cu yerdə tamamlayıb.

İkiqat Dünya Çempionu mövsümə əla başlamış və Red Bull sürücüləri ilə rəqabət edə biləcək gücdə olduğunu göstərmişdi. Amma o, mövsümün sonrakı yarışlarında geridə qalmağa başlayıb.

Aston Martin komandası hazırda Mühəndislır Kubokunda 3-cü yerdədir. Fernando Alonso isə çempionatdakı üçüncülüyünü qorumağa çalışır.

Fernando Alonso: “Sözün açığı, bu yarışdan çıxarmalı dərslərimiz var. Rəqabətədavamlı deyildik. Buna görə də bizim belə traslarda əsas hədəfimiz gələcəkdə fərqli şeylər etməkdir.

Yarış cəhətdən danışılacaq çox şey yoxdur. Startdan finişə qədər yavaş idik. Doqquzuncu yerdən yaxşısı mümkün deyildi. Buna görə ümid edirəm ki, dərs çıxararıq.

Əsəblərim çox pozuldu, çünki zehni və fiziki cəhətdən çox çətin yarış idi. Böyük ehtimalla bu yarışı heç kəs xatırlamayacaq, amma mən xatırlayacağam, çünki çox çətin yarış oldu. Amma dediyim kimi, ümid edirəm ki, dərs çıxararıq. Növbəti dəfə daha yaxşı olarıq.

Məncə, hər bazar günü işimizi yaxşı görürük və boliddən maksimumu alırıq. Amma bəzən dünənki kimi doqquzuncu oluruq. Bəzən də keçən həftəki kimi ikinci.

Səhv etmirik və yaxşı strategiya seçirik və yaxşı pit-stoplar edirik. Bəzi rəqiblərimiz kimi böyük səhvlər etmirik. Yəni ki, xal cəhətdən yaxşı fərq var. Amma peleton getdikcə bir-birinə yaxınlaşır. Sinqapurda özümüzə gəlməyə çalışacağıq”

İspaniyalı sürücü düşünür ki, Sinqapur trası onların bolidləri üçün daha əlverişlidir: “Sinqapur yarışının bizim üçün Montsadan daha yaxşı olacağı dəqiqdir. Amma yarış qazanmaq üçün hələ yetərli gücümüz yoxdur. Bilirik ki, çox çətindir. Red Bull bazar günləri çox möhtəşəmdir. Amma görək nə olur.

Məncə, hərr həftə komandaların güc nisbəti bir az dəyişir. Son iki şəhər tipli trasda Alpine komandası həm sıralanma turunda, həm də yarışda Esteban Okonla çox güclü idi. Bakıda isə Ferrari… Lekler orada poul qazanaraq, potensialını göstərmişdi. Buna görə də Sinqapur yarışı çox maraqlı olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*