17 Dekabr 2018, Bazar ertəsi - 09:05

McLaren sürücülərlə bağlı qərarını sentyabrda verəcək

McLaren sürücülərlə bağlı qərarını sentyabrda verəcək

Müəllif: Elçin Zodorov, redaktor

11:59 - 15 İyun, 2016

Bu barədə məlumatı Erik Bulye verib.

F-1.az xəbər verir ki, 2017-ci ildə Stoffel Vandornu yarışdırmağı düşünən komanda bu barədə qərarını sentyabrdan tez verməyəcək. Xatırladaq ki, Stoffel Bəhreyndə Alonsonun əvəzinə sükan arxasına keçmiş və yarışı 1 xalla başa vurmuşdu.

Erik Bulye Motorsport.com-a bu barədə danışıb: “İndidən bu barədə danışmaq düzgün deyil, ona görə də bu müzakirələri sentyabr ayına qədər təxirə salmışıq. İndidən bu barədə danışsaq, sürücülərimizin diqqəti dağıla bilər”.

O, hələ ki, bir qərar verməsələr də, gənc bir sürücü ilə yarışmağın təcrübəli sürücü ilə yarışmaqdan daha yaxşı ola biləcəyini deyib: “Təcrübəyə ehtiyacımız var, amma komandaya gənc ruh da lazımdır. Bəzən gənc sürücü daha yaxşı nəticə göstərə bilir. Pilot seçimində işimiz çətin olacaq, amma bu, problem deyil. İki dünya çempionumuz və çox ümid bəslədiyimiz bir gənc sürücümüz var”.

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 293
Teqlər , , , ,
Paylaş

logo