17 Sentyabr 2019, Çərşənbə axşamı - 10:38

F.Alonso: “Hücum rejimində olacağıq”

F.Alonso: “Hücum rejimində olacağıq”

Müəllif: Rauf Hacıyev, redaktor

17:22 - 24 Mart, 2018

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, yarışda hücum rejimində olacaqlar.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Avstraliyadakı sıralanma turunda 11-ci olsa da, Bottasın aldığı cəzaya görə yarışa 10-cu yerdən başlayacaq.

Fernando Alonso: “Layiq olduğumuz yerdəyik və buna görə sevincliyəm. Bolidin potensialı var və hər həftəsonu inkişaf edəcəyik. Bolidi hələ yaxşı tanımırıq, amma bu uzun çəkməyəcək. Yarış çətin olacaq. Hücum rejimində sürüb həzz almaq istəyirəm. Əgər yağış da yağsa, hər şey gözəl ola bilər. Amma əlimizdən gələni edib xallar üçün mübarizə aparacağıq. Orta qrupdakı komandalar güclüdürlər. Yaxşı strategiya və gözəl start bizə kömək edə bilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 249
Teqlər , , ,
Paylaş

logo