M.Həkkinen: McLaren-in vaxta ehtiyacı var

Sabiq Formula1 sürücüsü Mika Həkkinen bildirib ki, McLaren-in vaxta ehtiyacı var.

F-1.az xatırladır ki, McLaren komandası mövsümə pis başlayıb və Bəhreyndə tam heyətlə mübarizəni dayandırıb.

Mika Həkkinen: “McLaren-in bu ilə böyük gözləntiləri yoxdur. Amma böyük təkmilləşdirmə şöbələri, sponsorları və dünya şöhrətli texnoloji ortaqları var.

McLaren bütün bu şöbələrin dəstəyinə sahib olsa da, komanda o səviyyədə deyil. Onların bir neçə ilə ehtiyacları var”.

,