L.Norris: Pit-stop məşqi etdik

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Bəhreyndə pit-stop məşqləri ediblər.

F-1.az xatırladır ki, britaniyalı sürücü Bəhreyn yarışına 11-ci yerdə başlamışdı və xal üçün real namizəd idi. Lakin boliddə problem olduğu üçün o, 5 dəfə pit-stop etməli olub.

Lando Norris: “Yaxşı start aldıq və bir neçə yer qazandıq, ancaq ilk döngədən etibarən boliddə problemlər yaşadıq. Bu da bizi mübarizədən uzaqlaşdırdı və hər on dövrədən bir pit-stop etməli olduq. Düzünü desəm, problemin nə olduğunu bilmirəm. Andrea Stelladan soruşmaq daha yaxşı olar. Problem harada idi bilmirəm.

Lakin mexaniklərin pit-stop məşqi etməsi yaxşı haldır. Məncə, tempimiz va ridi və bir xal qazana bilərdik. Buna görə problemlər çox pis oldu”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*