F.Alonso: “McLaren-nin 50 atdan artığına ehtiyacı var”

McLaren komandasının sürücüsü Fernando Alonso İspaniya Qran Prisinin sıralanma turunda 7-ci olduqdan sonra bildirib ki, poul qazanmaq üçün 50 at gücündən artığına ehtiyac var.

F-1.az xatırladır ki, ispaniyalı sürücü lider Həmiltondan 1.899 saniyə geri qalaraq, 7-ci yeri tutub. Beləliklə, 35 yaşlı sürücü 2015-ci ildə McLaren-ə qayıtdıqdan sonra ən yaxşı sıralanma turunu keçirib. Bundan əlavə 2 qat Dünya Çempionu bu il ilk dəfə sıralanma turunda son sessiyaya qala bilib.

Fernando Alonso: “Poul qazanmaq üçün 50 at gücünün bəs edəcəyinə inanmıram. 50 atdan daha artığına ehtiyacımız var. Ümid edirəm ki, etibarlılıq cəhətdən də inkişaf edərik, çünki bu il bir neçə dəfə etibarlılıq probleminə görə xal qazana biləcəyimiz yarışları bitirə bilmədik.

Kataloniya trasında öndəki rəqibi izləmək çox çətindir. Buna görə də yaxşı start alıb yerimizi qorusaq xal qazana bilərik. Startda Red Bull sürücülərini keçə bilərəm. İlk dövrələrdən beşlikdə olmaq istəyirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*