F.Alonso: Meksika gözəl keçdi

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, Meksikadakı 9-cu yerə görə sevinclidir.

F-1.az xatırladır ki, Alpine komandası ABŞ-da xalsız qalmışdı. Meksikada isə Alonso 9-cu olaraq komandasına dəyərli 2 xal qazandırıb.

Fernando Alonso: “Startda yaxşı işləməli idik. Mercedes-in yerində fırlanması ilə ortalıq qarışdı və orada problem yaşadıq, ancaq ən çox zərəri Rikkardoyla Bottas gördü. Beləliklə, bir neçə yer qazandıq. Yekunda doqquzuncu olduq. Sevinməliyik. Yenidən xal qazandıq və hədəfimiz bu idi.

AlphaTauri-yə qarşı xallar itirdik və buna görə də Braziliyada daha motivasiyalı olacağıq. Təkər yeyilməsi barədə fikrimiz yox idi, çünki cümə günü istədiyimiz kimi dövrə vura bilməmişdik. Lakin dediyim kimi sevincliyik. Yarışı yaxşı apardıq. Meksika bizim üçün gözəl oldu”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*