F.Alonso McLaren-i tərk etmək istəyib?

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, 2017-ci ildəki qış testlərindən sonra Alonso birillik fasilə vermək istəyirmiş.

F-1.az xatırladır ki, McLaren keçən ilin qış testlərində etibarlılıq problemləri yaşayırdı və yarış tempində işləmək mümkün olmamışdı.

Erik Bulye: “Bu testlərdən sonra Alonso açıq-aydın dedi ki, “bu il yarışmağı yenidən nəzərdən keçirəcəm, çünki karyeramın ən bərbad mövsümü olacaq”.

Mənim əsas narahatlığım komandanın dağılması idi. Domino təsirini çox yaxşı bilirəm. Bu işlər belədir. Zəifsinizsə, rəqibləriniz gəlib istədikləri adamı əlinizdən alarlar. Formula1 komandası qurmaq illərlə çəkən prosesdir, amma altı ayda dağıla bilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*