L.Norris: Avstraliya QP mənim üçün xüsusidir

Çətin günlər keçirən McLaren tamamilə fərqli xarakteristikaya malik Albert Park trasında fərqli nəticəyə ümid edirlər.

F-1.az xəbər verir ki, komandanın britaniyalı sürücüsü Melburndakı yarışın onun üçün əhəmiyyətindən bəhs edib.

Lando Norris: “Bu həftə sonu Avstraliya Qran Prisi üçün Melburna qayıtmağı səbirsizliklə gözləyirəm. 2019-cu ildə mən Formula1-də burada debüt etmişəm və keçən il yenilənmiş tras konfiqurasiyasında xal qazandım. Mənim üçün xüsusi yarışdır.

Ciddədə pis həftəsonundan sonra yenidən mübarizəyə qayıtmağı və irəliləyiş əldə etməyi səbirsizliklə gözləyirdim. Mən bazaya baş çəkdim, komanda ilə o cümlədən simulyatorda çox işlədim. Biz maşını hər yarışda təkmilləşdirməyi gözləyirik və bu həftə sonu uğurlu nəticə əldə etmək üçün hər şeyi edəcəyik”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*