Variantlardan biri Avstraliya Qran Prisinin apreldən marta keçirilməsi və mövsümün Melburnda açılmasıdır. Lakin Albert Park trasında pit-leyn və paddokun yenidən qurulması ilə bağlı vaxt çərçivəsi yarışı daha erkən tarixə çəkməyə imkan verməyib. Bunu Avstraliya mərhələsinin promouteri Trevis Old deyib.
“Mərhələmizin keçirilmə tarixləri təsdiqlənib: 1-4 aprel, – deyə Old bildirib. – Trasda böyük bir obyektin yenidən qurulması gedir və bu işlər üçün konkret müddətlər müəyyənləşdirilib. Biz faktiki olaraq 1-4 aprel tarixlərinə bağlıyıq və yarışı başqa tarixə keçirmək bizim üçün çətin olacaq”.
Bundan başqa, Avstraliya Qran Prisinin keçiriləcəyi tarixlər Viktoriya ştatında məktəb tətili ilə üst-üstə düşür və bu da promouterlərin yarışı daha erkən tarixə keçirmək istəməməsinin digər səbəbi olub.
Əgər Yaxın Şərqdəki vəziyyət ilk mərhələlərin Bəhreyndə və Ciddədə keçirilməsinə imkan verməsə, böyük ehtimalla, aprelin ortasından martın ortasına keçiriləcək Çin Qran Prisi mövsümün açılış yarışı olacaq.





