O.Piastri: Buna hazırlaşırdım

McLaren komandasının. sürücüsü Oskar Piastri bildirib ki, yeni mövsümə hazırdır.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Bəhreyndə karyerasının ilk Formula1 yarışına çıxmağa hazırlaşır.

Oskar Piastri: “Çox səbirsizlənirəm. 12 ildir ki, yarışıram. Bu günə qədər buna hazırlaşırdım. İlk Formula1 yarışıma çıxmaq xüsusi hissdir.

Keçən il yarışmadığım üçün yarışlardan həzz aldığımı anladım. Pis maşında yarışmaq belə burada olmamaqdan yaxşıdır. Buna görə də keçmişə nisbətən daha acgözlü qayıdıram. Yarışa çıxmaq üçün səbirsizlənirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*