L.Norris: İstanbul Park əsl sürücülərin trasıdır

McLaren komandasının sürücüsü Lando Norris İstanbul Parkın əsl sürücülərin trası olduğunu düşünür.

F-1.az xatırladır ki, britaniyalı sürücü Türkiyədə ikinci dəfə yarışacaq.

Lando Norris: “Son yarışdakı uğursuzluqdan sonra yarışa qayıtmaq üçün səbirsizlənirəm. O vaxtdan simulyatorda çoxlu işləmişəm və Rusiyadakı təcrübəmdən dərslər çıxarmışam. Yenidən trasa qayıtmağa hazıram.

Türkiyə əsl sürücülərin trasıdır və yenidən oraya getdiyimiz üçün sevinirəm. Oradakı azarkeşlər çox istəklidirlər və onları görmək gözəl olacaq. Hər iki çempionatda da yaxşı xalalr almaq üçün əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*