Macarıstan-2026: Norris mövsümdə ilk qələbəsini qazanıb

2026-cı ildə Macarıstan həftəsonu adətən olduğu kimi tətil gözləntisinin sakit, rahat atmosferində keçməyib, əsl döyüş xarakteri daşıyıb. Silverstoun və Spa kimi sürətli traslardakı son yarışlardan fərqli olaraq komandalar üçün Hunqarorinq yavaş trasında mübarizə daha gərgin alınıb.

Bütün məşqlər qırmızı bayraqlarla dayandırılıb, qüvvələr nisbəti keçən həftə Spada olduğundan tamamilə fərqli görünüb və liderlər rəqiblərə nisbətdə gözlənilməz itkini izah edə bilməyiblər.

Cümə günü Lyuis Həmilton lider olub və hər kəs Ferrari-nin üstünlüyündən danışıb, lakin şənbə günü McLaren-dən Lando Norris məşqdə və kvalifikasiyada ən yaxşı nəticəni göstərib. Bu, mövsümdə poul Mercedes-in qazanmadığı ilk poul olub.

Aston Martin ilk dəfə AMR26-nın “B spesifikasiyasını” gətirib və Fernando Alonso mövsümün əvvəlindən bəri ilk dəfə kvalifikasiyanın ikinci hissəsinə vəsiqə qazanıb.

İki sürücü start mövqeyində üç yer itirib. Həmilton təsadüfən Piastrinin sürətli dövrəsinə mane olub, Antonelli isə kvalifikasiyanın sonunda Ferstappenin yerində fırlanması zamanı sarı bayraqlar altında kifayət qədər sürətini azaltmayıb. Cadillac bağlı park qaydalarını pozub və Serxio Peres pit-leyndən start götürüb.

Norris və Lekler yarışa startda birinci cərgədən, Piastri və Ferstappen ikinci cərgədən, Həmilton və Rassell üçüncü cərgədən başlayıblar. Çempionatın lideri Kimi Antonelli yeddinci yerdən start götürüb.

Pirelli mərhələyə “yumşaq” üçlüyü gətirib – C3, C4 və C5 müvafiq olaraq Hard, Medium və Soft kimi istifadə edilib. Lekler, Həmilton, Bortoleto, Alonso, Sayns və Stroll Soft-la starta çıxıblar, digərləri isə Medium-u seçiblər.

Startda Piastri Lekleri və Norrisi keçərək yarışa liderlik edib. Həmilton Lekleri qabaqlayıb, nəticədə Lekler üç mövqe itirib. Rassellin motorun söndürülməsinə imkan verməyən sistemi işə düşüb və ilk dövrədən sonra o, sonuncu yerə qədər geriləyib. İlk onluq 2-ci dövrədə: Piastri – Norris – Ferstappen – Həmilton – Lekler – Antonelli – Həcər – Louson – Lindblad – Hülkenberq.

Rassell bir neçə ötmə həyata keçirib və beşinci dövrədə 15-ci yerə yüksəlib. 9-cu dövrədə Stroll təkər dəyişdirib. Bir çox sürücü bir-birini saniyədən az fərqlə təqib edib, amma Hunqarorinqdə sürət fərqi böyük deyilsə, ötüb keçmək, demək olar ki, mümkün deyil. Həmilton bir neçə dəfə Ferstappenə hücum etməyə çalışıb, lakin düzlük ötmə üçün yetərincə uzun olmayıb.

12-ci dövrədə Əlbon dördüncü döngədə trasdan çıxıb, lakin yarışa davam edib. 14-cü dövrədə Həmilton liderlərdən ilk olaraq pit-stop edib və 9-cu yerdə mübarizəyə qayıdıb. 15-ci dövrədə Red Bull Ferstappenlə cavab pit-stopu edib – Maks Lyuisin dərhal arxasında trasa qayıdıb. Bottas mühəndisə əyləclərin tüstüləndiyini bildirib. Ön sol təkər alışıb. Valtteri pitə dönmək istəyib, amma boksa çata bilməyib.

16-cı dövrədə Ferstappen Həmiltonu keçib. 17-ci dövrədə Piastri, Lekler və Qasli təkər dəyişdiriblər, 18-ci dövrədə Norris və Okon, 19-cu dövrədə Sayns, 20-ci dövrədə Həcər və Hülkenberq, 21-ci dövrədə Lindblad, 22-ci dövrədə Louson, 23-cü dövrədə Peres, Antonelli və Börman, 27-ci dövrədə Əlbon, 28-ci dövrədə Rassell pit-stop ediblər.

29-cu dövrədə Norris səhv edib trass kənarına çıxıb, lakin yoluna davam edib. 30-cu dövrədə Bortoleto təkər dəyişdirib. 30-cu dövrədə ilk onluq: Piastri – Norris – Ferstappen – Həmilton – Lekler – Antonelli – Həcər – Rassell – Louson – Lindblad.

31-ci dövrədə Həmilton ikinci pit-stopunu edib. Trasa qayıdanda Lyuis Həcərı keçib və tempini artırıb. 34-cü dövrədə Piastri təkər dəyişdirib, 36-cı dövrədə Alonso (birinci pit-stop), 37-ci dövrədə Lekler və Okon pit-stop ediblər. 38-ci dövrədə Alonso 16-cılıq uğrunda Saynsı keçib. Karlosun başı Alonso ilə mübarizəyə qarışıb, nəticədə, Piastrinin maşınına çırpılıb. Stüardlar ona 5 saniyəlik cəza veriblər.

Lekler Həcəri keçərək altıncı yerə yüksəlib. 39-cu dövrədə Stroll və Kolapinto pit-stop ediblər, 40-cı dövrədə Norris pit-stopa gedib və Piastrinin önündə trasa qayıdıb. Oskar komandaya Saynsla insidentdən sonra maşının qaydasında olduğunu bildirib.

42-ci dövrədə Ferstappen təkər dəyişdirib – Maks yeganə sürücü olub ki, Soft təkər seçib, digərləri Hard üzərində gediblər. 43-cü dövrədə Həcər və Louson, 44-cü dövrədə Börman pit-stop ediblər. 45-ci dövrədə Sayns cəzasını çəkərək təkər dəyişdirib. 46-cı dövrədə Norris Antonellini keçərək yarışa lider edib.

51-ci dövrədə Serxio Peresin maşınında porebrikə hücum zamanı ön sol asılqanın qolu qırılıb, o, yavaş-yavaş pitə qayıdıb və yarışı dayandırıb. 53-cü dövrədə ilk onluq: Norris – Antonelli – Piastri – Həmilton – Ferstappen – Lekler – Rassell – Həcər – Lindblad – Bortoleto.

54-cü dövrədə Antonelli təkər dəyişdirib, 55-ci dövrədə Rassell pitə yollanıb. 56-cı dövrədə Piastrinin maşını sürət itirib, Oskar ötürmələr qutusunda problem səbəbindən trasda dayanıb. Virtual Təhlükəsizlik Maşını (VTM) rejimi elan edilib. Norris, Həmilton, Lekler, Əlbon, Sayns, Qasli və Alonso pitə yönəliblər.

Lyuis Kimi ilə yan-yana trasa qayıdıb, lakin sonra komandadan gələn göstərişlə Kimiyə yol verib. Börman mavi bayraqlara məhəl qoymadığına görə 5 saniyəlik cəza alıb. 60-cı dövrədə ilk onluq: Norris – Ferstappen – Antonelli – Həmilton – Lekler – Həcər – Rassell – Lindblad – Louson – Hülkenberq.

61-ci dövrədə Alonso Kolapinto-nu 14-cü yer uğrunda mübarizədə keçib. 63-cü dövrədə Louson Lindbladı keçərək 8-ci yerə yüksəlib. 64-cü dövrədə Hülkenberq də Lindbladı üstələyib. Həmilton pit-leyndə sürət həddini aşdığı üçün 5 saniyəlik cəza alıb.

Lyuis Kimiyə qarşı üçüncü yer uğrunda təzyiq göstəririb, arxada Lekler komanda yoldaşından beş saniyəlik cəza fərqini azaltmağa çalışıb və yekunda bunu bacara bilib.

Lando Norris Macarıstan Qran Prisini qazanıb, mövsümdə ilk və karyerasında 12-ci qələbəsini əldə edib. Maks Ferstappen podiumun ikinci pilləsinə qalxıb, Kimi Antonelli üçüncü olub və titul uğrunda mübarizədə rəqibləri üzərində üstünlüyü artırıb.

Niko Hülkenberq mövsümdə ilk xallarını qazanıb.

İrəlidə böyük yay fasiləsi var – avqustun sonunda mübarizə Niderlandın Zandfort avtodromunda davam edəcək.

Sürücü Komanda Vaxt Pit
1. L.Norris McLaren 1:39:56.180 3
2. M.Ferstappen Red Bull + 0:015.080 2
3. K.Antonelli Mercedes + 0:018.728 2
4. Ş.Lekler Ferrari + 0:023.840 3
5. L.Həmilton* Ferrari + 0:024.540 3
6. A.Həcər Red Bull + 0:055.488 2
7. D.Rassell Mercedes + 0:057.503 2
8. L.Louson Racing Bulls + 1 dövrə 2
9. N.Hülkenberq Audi + 1 dövrə 2
10. A.Lindblad Racing Bulls + 1 dövrə 1
11. G.Bortoleto Audi + 1 dövrə 1
12. P.Qasli Alpine + 1 dövrə 3
13. L.Stroll Aston Martin + 1 dövrə 2
14. F.Alonso Aston Martin + 1 dövrə 2
15. F.Kolapinto Alpine + 2 dövrə 2
16. E.Okon Haas + 2 dövrə 2
17. A.Əlbon Williams + 2 dövrə 2
18. K.Sayns Williams + 2 dövrə 3
19. O.Börman** Haas + 2 dövrə 2

* Lyuis Həmilton pit-leyndə sürət həddini aşdığı üçün 5 saniyəlik cəza alıb.
** Oliver Börman mavi bayraqlara məhəl qoymadığına görə 5 saniyəlik cəza alıb.

Ən sürətli dövrə: Şarl Lekler (Ferrari) – 1:22.000 (58-ci dövrə, 192.336 km/saat)

Mübarizəni dayandıranlar:

Sürücü Komanda Dövrələr Səbəb
O.Piastri McLaren 55 ötürmələr qutusu
S.Peres Cadillac 48 asılqan
V.Bottas Cadillac 13 əyləclər

Çempionatda vəziyyət: Sürücülər

Sürücü Komanda Xal
1. K.Antonelli Mercedes-AMG PETRONAS F1 Team 219
2. L.Həmilton Scuderia Ferrari HP 169
3. D.Rassell Mercedes-AMG PETRONAS F1 Team 160
4. Ş.Lekler Scuderia Ferrari HP 138
5. L.Norris McLaren Mastercard F1 Team 128
6. M.Ferstappen Oracle Red Bull Racing 109
7. O.Piastri McLaren Mastercard F1 Team 92
8. A.Həcər Oracle Red Bull Racing 68
9. L.Louson Visa Cash App Racing Bulls F1 Team 43
10. P.Qasli BWT Alpine F1 Team 42
11. A.Lindblad Visa Cash App Racing Bulls F1 Team 23
12. F.Kolapinto BWT Alpine F1 Team 19
13. O.Börman TGR Haas F1 Team 18
14. G.Bortoleto Audi Revolut F1 Team 10
15. K.Sayns Atlassian Williams Racing 6
16. A.Əlbon Atlassian Williams Racing 5
17. E.Okon TGR Haas F1 Team 3
18. N.Hülkenberq Audi Revolut F1 Team 2
19. F.Alonso Aston Martin Aramco F1 Team 1

Çempionatda vəziyyət: Mühəndislər Kuboku

Komanda Mühərrik Xal
1. Mercedes-AMG PETRONAS F1 Team Mercedes 379
2. Scuderia Ferrari HP Ferrari 307
3. McLaren Mastercard F1 Team Mercedes 220
4. Oracle Red Bull Racing Ford 177
5. Visa Cash App Racing Bulls F1 Team Ford 66
6. BWT Alpine F1 Team Mercedes 61
7. TGR Haas F1 Team Ferrari 21
8. Audi Revolut F1 Team Audi 12
9. Atlassian Williams Racing Mercedes 11
10. Aston Martin Aramco F1 Team Honda 1
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*