Andreas Zaydl Vassyörün yerinə əsas namizəddir

Son bir ay ərzində üç Formula1 komandası başçısının istefasını elan edib - Mattia Binotto, Yost Kapito və Frederik Vassyör müvafiq olaraq Ferrari, Williams və Alfa Romeo-dan ayrılıblar.

F-1.az Racingnews365 nəşrinə istinadən iddia edir ki, növbəti istefa yaxın vaxtlarda – McLaren-də elan olunacaq.

Vokinqdən yerləşən komandanın hazırkı başçısı Andreas Zaydl postunu tərk edərək, Alfa Romeo-da eyni vəzifədə Frederik Vassyörü əvəz edəcək. Belə bir keçid İsveçrə komandasının 2026-cı ildən komandanın güc qurğularının yeni təchizatçısı olacaq Audi ilə əməkdaşlığı ilə bağlıdır.

Zaydl daha əvvəl Volkswagen Qrupunun yarış proqramlarında təcrübəyə malikdir və onun rəhbərliyi altında  Porsche zavod komandası 2015-2017-ci illərdə ardıcıl üç Le Man qələbəsi qazanıb. Bundan əlavə, Andreas Audi-nin direktorlar şurasının sədri Markus Duysmanla yaxşı münasibətdədir – onların hər ikisi 2000-ci illərin birinci yarısında, komanda BMW-yə məxsus olanda Sauber-də işləyib.

McLaren-də Andreas Zaydlı kimin əvəz edəcəyi hələ məlum deyil, lakin Yost Kapito bu vakansiyaya namizəd deyil.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*