F.Briatore: Alonso ilin sonuna qədər Aston Martin-də qalacaq

Flavio Briatore, Alpine komandasının rəhbəri və eyni zamanda Fernando Alonsonun meneceri, jurnalistlərin xahişi ilə gələn mövsümdə ispan sürücünün Enstoun komandasında karyerasını davam etdirə biləcəyi barədə şayiələri şərh edib. Briatore cavab olaraq qəti şəkildə heç nəyi istisna etməyib, lakin əlavə edib ki, Alonso Aston Martin-də tamamilə məmnundur.

Flavio Briatore: “Hazırda Fernando Aston Martin üçün çıxış edir. Görünür, Macarıstanda yeniliklər sayəsində onlar yaxşı bir addım irəli atıblar və o Aston Martin-də kifayət qədər məmnundur. Hazırda demək üçün başqa heç nə yoxdur.

Alonso – Aston Martin sürücüsüdür və mövsümün sonuna qədər Aston Martin sürücüsü olaraq qalacaq”.

Qeyd edək ki, ikiqat dünya çempionu dəfələrlə gələn il də yarışacağına işarə edib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*