Rikkardo və Ferstappen Red Bull-da qalacaqlar

Maks Ferstappen və Daniel Rikkardo qətiliklə bildiriblər ki, onlar 2017-ci ildə Red Bull-da qalacaqlar.

F-1.az xatırladır ki, Niko Rosberq çempion olduqdan 5 gün sonra təqaüdə çıxdığını açıqlamış və Formula1 gündəmini canlandırmışdı. Mercedes-in 2017-ci ildə kiminlə yarışacağı hələ də müəmmalıdır. Çoxlu söz-söhbətlər gəzsə də, Paskal Verlyaynın adı ön plana çıxır. Amma gənc sürücünün təcrübəsi az olduğu üçün və gələn il texniki reqlament dəyişəcəyi üçün Mercedes daha təcrübəli sürücü transfer etmək istəyir. Mercedes-in adı Alonso, Fettel, Rikkardo, Ferstappen, Bottas və hətta təqaüdə çıxan Battonla birgə hallanır.

Maks Ferstappen: “Gələn il Red Bull üçün yarışacam. Bu barədə çox şey danışmaq istəmirəm. Komanda ilə müqaviləm var və əminəm ki, Mercedes ilə mübarizə aparacaq bolid hazırlaya biləcəyik”.

Yos Ferstappen də oğlunun Red Bull-da qalacağını təsdiqləyib.

Daniel Rikkardo: “Bir nəfər yaxşı Milad hədiyyəsi alacaq, amma o, mən deyiləm”ə

Kristian Horner: “Ferstappen və Rikkardonun Red Bull-la çoxillik müqavilələri var”.

, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*