L.Həmilton: Xüsusi hissdir

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bu il ikinci dəfə podiuma yüksəldiyi üçün xoşbəxt olduğunu deyib.

F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu 4-cü başladığı Kanada yarışında 3-cü yeri tutaraq, podiuma yüksəlib. Qeyd edək ki, Lyuis karyerasının ilk qələbəsini 2007-ci ildə elə burada – Jil Vilnöv adına olan trasda – qazanmışdı.

Lyuis Həmilton: “Üçüncü olmaq gözəl hissdir. Bu il komanda olaraq bolidlə mübarizə aparırıq. Buna baxmayaraq heç vaxt təslim olmadıq. Buna görə də komandamla qürur duyuram və onlara təşəkkür edirəm.

Hazırda öndəki iki komanda bir az sürətlidir, amma yaxınlaşırıq. Ümid edirəm ki, onlarla mübarizə apararıq.

Simulyatorda çox işlədik və burada sazlanmaları tez tapdıq. Bura gələndə podium gözləmirdim. İlk qələbəmi qazandığım trasda podiuma yüksəlmək xüsusi hissdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*