Serxio Peres xəbərdarlıq alıb

Üçüncü sərbəst yürüşlər sessiyasının sonunda San Paulu Qran Prisində qeyri-adi vəziyyət yaşanıb - Cadillac-ın sürücüsü Serxio Peres kokpitdən kiçik plastik detalı kənara atıb, bu isə stüardların narazılığına səbəb olub və onlar Çekonu izahat üçün çağırıblar.

Araşdırma zamanı məlum olub ki, Serxio adətən təhlükəsizlik kəmərinə bərkidilən plastik kabel fiksatorunu kənara atıb. Peres izah edib ki, onun kokpitdə başqa yerə düşərək təhlükəsizlik riski yaratmasından ehtiyatlandığı üçün bunu edib.

Stüardlar qəbul edib ki, belə kiçik plastik detal başqa bir maşına və ya digər sürücüyə zərər verə bilməzdi, lakin kokpitdən hər hansı detalı trasa atmaq yolverilməzdir. Buna görə də Serxio Peres rəsmi xəbərdarlıq alıb.