S.Peres: Komanda haqlı idi

Startdan liderliyi ələ alan meksikalı sürücü yarışın gedişində komandanın Ferstappenlə mübarizə etməmək çağırışına əməl edib və yekunda yarışı ikinci yerdə bitirib.

Serxio Peres: “Təəssüf ki, VTM zamanı komanda ilə aramızda anlaşılmazlıq oldu və təkərləri dəyişdirmək üçün gecikdik. Lider idim, amma Medium təkərlər çox sürətlə aşındı. Nələr baş verdiyini öyrənməliyik, təhlil edilməli çox şey var. Maks məndən çox sürətli idi, komanda olaraq əla nəticə əldə etdik.

İnanıram ki, komanda Maksla mübarizə aparma deyərək düzgün qərar verdi, çünki o anda Maks daha sürətli idi. Biz yaxşı nəticə üçün gəlmişdik və Bakıda hər zaman hər şey baş verə bilər. Amma dubl ilə qayıdırıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*