S.Peres: “Mercedes mühərriyi sadəcə Honda-nı qabaqlayır”

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, Mercedes mühərriyi artıq əvvəlki kimi üstün deyil və Ferrari ilə Renault böyük addımlar ataraq, almanlara çatıblar.

F-1.az xatırladır ki, Formula1 2014-cü ildə V6 turbo mühərriklərə keçdikdən sonra Mercedes ən sürətli mühərriyi düzəltdi. Rəqibləri isə onlara çatmaq üçün dəridən-qabıqdan çıxırdılar.

Serxio Peres: “Ferrari və Mercedes hazırda eyni səviyyədədirlər. Keçən il mühərriklər arasındakı fərq daha çox idi. Renault da demək olar ki, eyni səviyyəyə gəlibdir. Bu il çox inkişaf ediblər. Bizim istifadə etdiyimiz Mercedes mühərriyi hazırda təkcə Honda mühərriyi qarşısında üstünlük qazana bilir. Rəqiblərimizlə mübarizə apararkən, bunu görə bilirik. Buna görə də orta qrupdakı mübarizə daha yaxın olub. Ümid edirəm ki, mövsümün sonunda 4-cü yeri tuta bilərik.

Builki bolidlərdə mühərrik performansı əvvəlki illərə nisbətən daha önəmlidir. Çünki keçən il tam qazla getdiyimiz sahə də az idi. Bundan başqa geri qazandığımız enerji səviyyəsi də aşağı idi.

Ferrari və Renault bu il Mercedes-ə çatmaq üçün böyük addımlar atıblar”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*