S.Peres: Təkərim partlayacaqdı

Racing Point komandasının sürücüsü Serxio Peres bildirib ki, finişə çatanda təkərləri təmiz yeyilibmiş.

F-1.az xatırladır ki, meksikalı sürücü 11-ci dövrədə pitə girərək yağış təkərlərindən keçid təkərlərinə keçib və sona qədər bu təkərlərlə gedib.

Serxio Peres: “Radiodan komandaya dedim. Daha bir dövrə olsaydı, təkərlərim partlayacaqdı. Yarışın sonlarında titrəmə artmışdı. Komanda bu gün əla strategiya seçdi və Lyuis bu gün çox güclü idi. Yarışın sonuna doğru tempimiz ölsə də, yaxşı nəticə əldə etdik.

Yarışın əvvəllərində Maksla insident yaşadıq. Güzgüdən heç nə görmürdüm. Hər yer duman idi. Ancaq mühəndisimdən məlumat alırdım. Birdən Maksın fırlanıb yox olduğunu gördüm.

Şarlla da insident oldu. Mənə o qədər yaxınlaşdığını bilmirdim. Buna görə də əla mübarizə oldu. Doqquzuncu döngədə məni keçdi, amma 11-ci döngədə yerimi qaytardım. Xaotik yarışdan yaxşı nəticə aldıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*