Rassell: Komanda ilə aramızda anlaşılmazlıq oldu

Corc Rassell San Paulu Qran Prisinin yağışlı sıralanma turunda ikinci nəticəni göstərib. Mühərrik dəyişikliyinə görə startda beş yer itirəcək Mercedes sürücüsü komandanın ona son dövrəsini tamamlamağa imkan verməməsindən narazı qalıb.

Corc Rassell: “Əlbəttə, Landonu poul münasibətilə təbrik edirəm, amma heç bir şübhə yoxdur ki, mənə birinci yeri gətirə biləcək dövrə zamanı komanda ilə aramızda anlaşılmazlıq yaşanıb. Dəqiq nə baş verdiyini araşdırmaq lazımdır. Bəli, yağış yaxınlaşırdı, amma sadəcə dövrəni başa vurmaq lazım idi.

Görək, yarış necə alınacaq – çox şey havadan asılı olacaq. Açığı, çox uzun müddətdən sonra ilk dəfədir ki, sükan arxasında özümü inamlı hiss edirəm. Yağışda özümü quru trasdakından da daha inamlı hiss edirdim. Poul uğrunda mübarizədə hər dövrədə hiss edirdim ki, formam mənə qayıdıb. Təəssüf ki, həlledici anda hər şeyi düzgün edə bilmədik”.