Ş.Lekler: Montsa çətin olacaq

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Montsa onlar üçün ən çətin traslardan biri olacaq.

 

F-1.az xatırladır ki, İtaliya komandası keçən ildən bəri düzlüklü traslarda çətinlik çəkir. Keçənilki İtaliya yarışında Ferrari pis nəticə əldə etmişdi. Komanda bu il performansını artırsa da, düzlüklərdə yeni geri qalır.

Şarl Lekler: “Çox həyəcanlıyam. Ferrari sürücüsü kimi buraya gəlmək həmişə xüsusi olub. Buna görə də səbirsizlənirəm. Dünən Milanda idim. Bir gün əvvəl isə bazada. İndidən azarkeşlərin dəstəyini hiss edirəm. Lakin bizim üçün asan həftəsonu olmayacaq. Kağız üzərində bu tras bizim üçün çox çətin olacaq. Əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*