İtaliya-2017: Həftəsonuna hava proqnozu

Həftəsonuna hava proqnozu İtaliya Qran Prisi üçün olduqca dəyişkən hava vəd edir.

F-1.az avtodromun rəsmi saytına istinadən bildirir ki, cümə günü hava +25 dərəcəyə qədər qızacaq, mülayim cənub-şərq küləyi əsəcək. Gün ərzində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şənbə günü hava bir qədər sərin olacaq (+23 dərəcə) və şimşək çaxacaq. Bazar günü yağış yağacağı hələ gözlənilmir – hava dəyişkən buludlu, temperatur isə +23 dərəcə olacaq. Yağıntı ehtimalı 10%-dir.

Xatırladaq ki, keçən il Montsada bütün sessiyalar quru havada baş tutmuşdu…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*