Cümə axşamı hava az buludlu olacaq, mülayim cənub-şərq küləyi fonunda temperatur +30 dərəcə təşkil edəcək. Yağıntı gözlənilmir.
Cümə günü külək şimal istiqamətinə dönəcək və 40-55 km/saatadək güclənəcək. Gün ərzində temperatur təxminən 25 dərəcə olacaq, yağıntı ehtimalı isə 5%-dən çox deyil.
Şənbə günü temperatur bir qədər yüksələrək 26 dərəcəni keçəcək, külək bir az səngiyəcək, yağıntı ehtimalı isə minimum olacaq.
Ötən il Azərbaycan Qran Prisinin bütün sessiyaları quru trasda keçib, yalnız təsnifat zamanı zəif yağış çisələyib, amma hamı sliklərdə qalıb.





