H.Marko: Peres əla yarışdı

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Serxio Peres Bakıda əla performans göstərib.

F-1.az xatırladır ki, meksikalı sürücü Bakı Şəhər Halqasında həm sprint, həm də əsa yarışda qalib gələrək, çempionatın lideri Ferstappenlə fərqi 6-ya endirib.

Peres yarışda təhlükəsizlik maşınının köməyi ilə Ferstappeni keçib və komanda yoldaşına hücum şansı belə verməyib.

Helmut Marko: “Maks ən yaxşı nəticəni qazanmaq üçün yarışın sonuna qədər sazlanmaların üzərində işlədi. Sonlara doğru Serxioya da çatdı.

Serxionu isə təbrik edirəm. Başdan sona qədər sürətli idi və səhvə yol vermədi. Mükəmməl yarışdı.

Onlar həmişə mübarizə aparırlar və sürətli dövrə üçün əllərindən gələni edirlər. Sonlarda Corc pitə getdiyi üçün onların mübarizə aparması mümkünsüz idi, amma limitdə sürmələrinə icazə verdik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*