S.Fettel: Beşincilik mümkün idi

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, templərindən razıdırlar.

F-1.az xatırladır ki, dördqat Dünya Çempionu Bakıdakı yarışda gözəl performans göstərərək, 6-cı olub.

Sebastyan Fettel: “Altıncı yer komanda üçün yaxşı nəticədir. Məncə, komanda olaraq bu nəticəyə sevinməliyik. Çox işləyirik və artıq bunun bəhrəsini görürük. Yarışda Alfa Roemo-dan sürətli idik. Alpine və AlphaTauri ilə eyni tempdə gedirdik.

Komanda əla pit-stop etdi və bunun hesabına Lyuis Həmiltonu qabaqladım. Estebanla mübarizədə onu qabaqlasam da, düşündüm ki, əyləcə gec basar və buna görə qaçış zonasına girdim. Orada bir az vaxt itrdim. Əgər o hadisə olmasaydı, 5-ci yeri tuta bilərdim”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*