E.Blandin: Alonso əzmlidir

Aston Martin komandasının texniki direktor köməkçisi Erik Blandin bildirib ki, Alonso çox əzmlidir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü bu il “yaşıllar”ın heyətində debüt edəcək. O, Aston Martin komandası ilə Əbu Dabidə mövsümsonu testlərində iştirak edib.

İkiqat Dünya Çempionu sükana qarşı həssas olduğu üçün o barədə komandaya geribildirimlər verib.

Erik Blandin: “Alonso mükəmməl sürücüdür. Peletonda onun səviyyəsində çox sürücü yoxdur. Onların sayı bir əlin barmaqlarını keçməz.

O çox istəkli və əzimlidir. O qədər uğur qazansa da, yenə də qələbə üçün alışıb-yanır. Onunla anlaşmaq bizim üçün vacib idi. Bizi yüksək səviyyəyə qalxmağa məcbur edəcək.

Lənsi də güclü olmağa məcbur edəcək. Bir-birlərini tamamlayacaqlar. Əminəm ki, Lənsin potensialını ortaya çıxaracaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*