M.Uebber Bakını seçib

Sabiq Formula1 sürücüləri Mark Uebber və Devid Kulthard ilin ən böyük hadisəsi kimi Azərbaycan və Sinqapur yarışlarını görüblər.

F-1.az xatırladır ki, Azərbaycan Qran Prisində Fettel təhlükəsizlik avtomobilinin arxasındaykən Lyuis Həmiltonun ona əyləc testi etdiyini zənn etmiş və britaniyalı sürücü ilə bərabərləşib rəqibinə çırpılmışdı. Sinqapurda isə almaniyalı sürücü yarışa pouldan başlasa da, startda bolidini Ferstappenlə Rəykkönenin üzərinə sürmüş və nəticədə hər 3 sürücü də mübarizəni birinci dövrədən sonra dayandırmalı olmuşdu.

Mark Uebber: “Mənim üçün mövsümün ən unudulmaz anı Bakı idi. Doğrudan da heç vaxt unuda bilmərəm. Fettel təhlükəsizlik avtomobilinin arxasında Həmiltonla bərabərləşir və özünü ona çırpır. Bu, ağılla edilmiş hərəkət deyildi. Heç yaxşı olmadı. O an üzərində böyük təzyiq var idi”.

Devid Kulthard isə Sinqapurdakı qəzanı ilin ən unudulmaz anı kimi göstərib: “Məncə, mövsümün ən böyük anı Sinqapurda oldu. Sadəcə Həmilton qalib gəldiyi üçün yox, Fettel hər şeyi müəyyən edən adam olmuşdu. Məncə, pis start aldığı üçün sərt reaksiya verdi. Belə olanda da sonu pis bitəcək bir hadisəni başlatdı. Bu il çempion ola bilərdi, amma Lyuis və Mercedes daha sabit idi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*