D.Kulthard: Həmiltondan sonra Ferstappen at oynadacaq

Formula1 şərhçisi Deyvid Kulthard bildirib ki, Formula1-də Həmilton dövründən sonra Ferstappen dövrü başlayacaq.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Monakoda bu mövsüm ikinci qələbəsini əldə edib və turnir cədvəlində liderliyə yüksəlib.

Deyvid Kulthard: “Gələcəyin parlaq ulduzu ola bilər. bunun üşün hər şeyə sahibdir. Böyük ehtimalla, Həmilton dövründən Ferstappen dövrünə keçəcəyik. Bu mövsüm bunun baş verəcəyinə əmin deyiləm. Bu, komandaların inkişafından asılıdır. Barselonada Mercedes Red Bull-dan çox üstün idi. Monakoda Red Bull yenidən gücləndi. Bu mövsüm maraqlı keçəcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*