L.Həmilton: “Rosberqin bəxti nə vaxt bitəcək?”

Lyuis Həmilton bildirib ki, Rosberqin bəxti gətirir və britaniyalı əlavə edib ki, bu bəxtin nə vaxt bitəcəyi ona maraqlıdır.

F-1.az xatırladır ki, mövsümün sonuncu yarışından əvvəl Rosberq Həmiltonu 12 xal qabaqlayır.

Lyuis Həmilton: “Rosberqin inanılmaz bəxti var. Bəs bu nə vaxt bitəcək? Red Bull sürücülərini pitə çağırmaqla böyük səhv elədi. Komanda mənə “digərləri pitə girir” deyəndə, mən “onlar dəlidirlər. O təkərlərlə çox gedə bilməzlər. Yenidən pitə girəcəklər” dedim. Onlar səhv etdilər və bu, məni məyus edir. Əlimdən heç nə gəlmir. Yarışı qazandım və son yarışda da əlimdən gələni edəcəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*