N.Rosberq: “Mercedes Fetteli transfer edə bilər”

Mercedes-in sabiq sürücüsü Niko Rosberq bildirib ki, "gümüş oxlar" 2018-ci il üçün Sebastyan Fetteli düşünəcəklər.

F-1.az xatırladır ki, Mercedes komandası Rosberqin istefasından sonra Williams komandasından Bottası transfer etmiş və finlandiyalı ilə birillik müqavilə imzalamışdı.

Mercedes Motorsport-un rəhbəri Toto volff bildirmişdi ki, Bottas 2017-ci il mövsümündə özünü yaxşı tərəfdən göstərməlidir. Belə olan halda 26 yaşlı sürücü ilə müqavilə uzadılacaq.

Bundan başqa 2018-ci ildə Alonso, Fettel, Rəykkönen, Peres və Sayns kimi sürücülərin komandaları ilə müqavilələri bitəcək.

Niko Rosberq: “Bottas qərarı yeni mövsüm üçün məntiqli seçimdir. Bunu başa düşürəm. Amma növbəti mövsüm Fettelin komandası Ferrari ilə müqaviləsi bitir. Mercedes bu alternativi də dəyərləndirəcək. Bu, onlar üçün məntiqli seçim olar”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*