R.Braun: “Red Bull çempionluq üçün yarışmalı idi”

Formula1-in idman direktoru Ross Braun bildirib ki, bu mövsüm 3 komanda arasında çempionluq uğrunda mübarizə gözləyirmiş.

F-1.az xatırladır ki, Ferrari və Mercedes mövsümə yaxşı başlasalar da, Red Bull ilk yarışlarda bu iki rəqibindən çox geridə qalmışdı.

Ross Braun: “Sözün açığı, mövsüm başlayanda Mercedes, Ferrari və Red Bull-un çempionluq uğrunda mübarizə aparacağını gözləyirdim, amma avstriyalılar geridə qaldılar. Əgər bir az güclü bolidləri olsaydı, Rikkardo və Ferstappenin hazırda çempionluq şansları olardı. Ancaq yaxşı inkişaf etdilər və son yarışlarda mübarizəyə zövq qatdılar. 2018-ci ildə bu 3 komandanın daha yaxın olacaqlarını düşünürəm. Ümid edirəm ki, gözəl mövsüm olar. Bu il Fettellə Həmilton arasındakı mübarizə gözəl idi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*