L.Həmilton: Bunu gözləmirdik

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, bu qədər güclü olacaqlarını gözləmirmiş.

F-1.az xatırladır ki, britaniyalı sürücü cümə sərbəst yürüşlərini dördüncü yerdə bağlayıb.

Lyuis Həmilton: “Birinci sessiya yaxşı idi, ancaq ikincidə balans problemi yaşadıq. Bolid arxadan sürüşürdü. Birinci sessiyadan sonra boliddə sazlanmaları dəyişdik. Düzgün sazlanma tapmadıq. Birinci sessiyada bir qızdırma dövrəsi ilə təkərlər qızırdı. İkinci sessiyada isə iki qızdırma dövrəsi atmalı olduq. Son sektorda problem yaşayırıq. Bolid üzərində işləyəcəyik.

Yenə də yaxşı vəziyyətdəyik. Bu qədər güclü olmağı gözləmirdik. Red Bull da sürətli görünür. Ümid edirəm ki, qələbə uğrunda mübarizə apara bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*