M.Zurer: “Alonsonun açıqlamaları müəmmalıdır”

Fernando Alonsonun Bakıda verdiyi açıqlamaları dəyərləndirən Mark Zurer bildirib ki, ispaniyalı sürücü gələn illə bağlı fərqli şeylər düşünə bilər.

F-1.az xatırladır ki, 35 yaşlı sürücünün menecerləri Flavio Briatore və Luis Qarsiya Abad Azərbaycan Qran Prisi zamanı Mercedes və Renault ilə danışıqlar aparmışdılar. Toto Volff bunun Alonso üçün olmadığını desə də, Renault komandasından hər hansı bir təkzib gəlməmişdi.

Mark Zurer: “Bu həftəsonu Fernandonun açıqlamaları bir az müəmmalı idi. McLaren komandası Bakıda rəqabətədavamlı deyildi, lakin Alonso deyirdi ki, hər şey qaydasındadır. Daha əvvəl də dedmişdi ki, 2018-ci ildə yarış qazanmaq istəyir. Onda bizim bilmədiyimiz hadisələr baş verir? Uzun illərdir ki, Alonsonun gizli mesajlar verdiyini və bəzi hallarda ironik davrandığını gördük. Verdiyi açıqlmalardan bol-bol dedi-qodular çıxarmaq olar. İnsanın ağlına fərqli-fərqli şeylər gəlir”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*