F.Alonsonun müqaviləsi sabah açıqlanacaq?

İspaniya mətbuatının xəbərinə əsasən Fernando Alonso ilə Renault artıq razılığa gəliblər və ispaniyalı sürücü illik 10-12 milyon avro pul qazanacaq.

F-1.az xatırladır ki, Daniel Rikkardo ilin sonunda Renault-dan ayrılacaq və fransız təmsilçisi yeni sürücü axtarışındadır. İspaniya mətbuatı isə bildirib ki, “sarılar” yeni sürücüsünü sabah təqdim edəcəklər.

İspaniya mətbuatı bu sürücünün Fernando Alonso olduğunu və ikiqat Dünya Çempionunun illik 10-12 milyon məvacib alacağını iddia edir.

Qeyd edək ki, Renault komandasının rəhbəri Siril Abitebul da əvvəlki açıqlamalarında ulduz sürücü axtarışında olduğunu demişdi.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*