N.Hülkenberq iddialara gülür

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, DTM-də yarışmaq barədə düşünmür.

F-1.az xatırladır ki, Renault gələn il üçün almaniyalı sürücünü göndərərək, əvəzinə Esteban Okonu gətirəcək. Hazırda Niko Hülkenberq Formula1-də özünə komanda tapa bilmir. 32 yaşlı pilotun son şansı Alfa Romeo komandası olsa da, italyanlar dünən Antonio Covinatsi ilə daha birillik müqavilə imzalayıb.

Buna görə də əksəriyyət Hülkenberqin gələn il DTM seriyasında BMW komandasında yarışacağını iddia edir. Amma Niko bu xəbərləri təkzib edib: “Bu xəbərlər doğru deyil. Belə dedi-qoduları oxuduqca əylənirəm. Bunlara inanmayın. Heç bir yerə getmirəm. Heç kəslə danışıqlar aparmamışam. Sadəcə vəkillərimlə əlaqə saxlayıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*