V.Bottas Belçika yarışına sonuncu yerdən başlayacaq

Mercedes komandasının sürücüsü Valtteri Bottas Belçika yarışına sonuncu yerdən başlayacaq.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Avstriya yarışında hidravlika probleminə görə mübarizəni dayandırmış və Britaniyada 3-cü mühərriyə keçməli olmuşdu. Belçika Qran Prisində finlandiyalı sürücünün maşınında daxiliyanma mühərriyi, turbin, MGU-H, MGU-K generatorları, idarəetmə bloku və akkumulyator dəyişəcək.

Bottas son cərgədə Hülkenberqlə yan-yana olacaq, çünki Renault da almaniyalı sürücüsünü yeni güc qurğusuna keçirəcək. Spada ötmələr mümkün olduğu üçün hər iki sürücü burada cəza almaq istəyir.

Həmilton isə Belçikada yeni daxili yanma mühərriyi, turbin və MGU-H generatoruna keçəcək.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*