K.Maqnussen: “Rəqiblərdən geridəyik”

Renault komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, Renault komandası bəzi sahələrdə rəqiblərindən geri qalır, amma onların bazaları güclüdür...

F-1.az xəbər verir ki, Kevin Maqnussen testlərin son günündə 153 dövrə ataraq, günün ən çox dövrə vuran sürücüsü olub.

Maqnussen yanacağı bitdiyi üçün testlərin son dəqiqələrində dayanmaq məcburiyyətində qalıb.

Danimarkalı sürücü testlərdən sonra bildirib ki, nəticələr barədə dəqiq söz demək mümkün deyil, amma Renault rəqiblərindən geridə qalır və onlar bunu bilir: “Uzun gün idi, amma bolidin dözümlülüyünü və başqa sahələri yoxladıq.

Geridə olduğumuzu bilirik, amma yaxşı bazamız var. Bolidin etibarlılığı son iki gündə xeyli artdı və belə davam etsək, yeni sazlamaların üzərində işləyə bilərik.

Hələki daha artığına gücümüz çatmır. Boş yanacaq çəni və yeni təkərlərlə yaxşı nəticə göstərmək gözəl olardı”.

Maqnussen bildirib ki, Renault 3 ildən sonra çempionluq mübarizəsi verəcək: “Biz bilirik ki, podium və qələbə uğrunda mübarizə apara bilməyəcəyik, amma 3 ildən sonra hər şey fərqli olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*