K.Maqnussen komanda yoldaşları barədə nə düşünür?

Haas komandasının yeni sürücüsü Kevin Maqnussen bildirib ki, komandada iki təcrübəli sürücünün olması onu sevindirir və bu hal ona kömək edəcək.

F-1.az xatırladır ki, danimarkalının komanda yoldaşı Roman Qrojan bu il Formula1-də 7-ci, Haas komandasında isə 2-ci mövsümünə başlayacaq. Maqnussen, öz növbəsində, Formula1-də 3-cü mövsümünü keçirməyə hazırlaşır.

Maqnussen Formula1-də ilk mövsümündə Censon Battonla, keçən il Renault komandasında isə Colion Palmerlə komanda yoldaşı olmuşdu.

Kevin Maqnussen: “Təbii ki, təcrübəli bir komanda yoldaşı istəyərəm. Həm komanda üçün, həm də özümü inkişaf etdirməyim üçün daha yaxşıdır.

Keçən il də Coliondan çox şey öyrənmişdim, amma Roman daha təcrübəlidir və ondan çox şey öyrənə bilərəm.

Bundan başqa aramızdakı mübarizənin də yüksək səviyyədə olacağına inanıram. Komandada iki sürətli sürücünün olması gözəl haldır. Ümid edirəm ki, Haas üçün çoxlu xallar yığarıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*