N.Mazepin məhkəməyə gedir

Sabiq Formula1 sürücüsü Nikita Mazepin bildirib ki, maaşını verməyən Haas komandasını məhkəməyə verməyə hazırlaşır.

F-1.az xatırladır ki, Rusiya ordusu Ukraynanı işğal etdikdən sonra Haas komandası Mazepinlə olan müqaviləni ləğv etmiş və onun əvəzinə Kevin Maqnusseni gətirmişdi. Lakin Amerika komnadası rusiyalı sürücünün maaşını ödəməyib.

Formula1 rəhbərliyi Rusiya Qran Prisini ləğv etdikdən sonra Soçi Avtodromunun təşkilatçılarına iştirak haqqını geri qaytarmışdı.

Nikita Mazepin: “Müqavilə ləğv olunanda Haas mənə 2022-ci ilin maaşını ödəməmişdi və hələ də ödəməyiblər. Bildiyimə görə Formula1 rəhbərliyi rusiya Qran Prisini ləğv etdikdən sonra Rosqonkiyə pulunu qaytardı. Heyif ki, heç kəs bunu özünə misal götürmür.

Müqavilənin şərtləri yerinə yetirilmədi. Onlarla iki ayrı müqavilə var idi Titul sponsoru Uralkali ilə müqavilənin pozulmasının mənim gələcəyimə aidiyyatı yox idi. İki ayrı qərar verdilər. Mən pul görmədim. Buna görə də məhkəməyə müraciət edəcəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*