Yos Ferstappen: Bütün amilləri dəyərləndirmişik

Madrinqdə PlaySports-a müsahibəsində Maksın atası Yos Ferstappen Red Bull Racing-lə müqaviləni uzatmağa nəyin inandırdığından danışıb…

Yos Ferstappen: “Məsələ heç də komandaya daha çox təsir imkanına sahib olmaqda, fikrinin daha böyük çəki daşımasında deyil. Bu, daha çox sakitliyə qayıdışdır. Maks özünü Red Bull-da çox yaxşı hiss edir. Onlar karyeramızın lap əvvəlindən bizimlə olublar. Biz də onlarla. Ümid etmişik ki, komanda daha rəqabətqabiliyyətli maşın hazırlayacaq və biz yenidən qələbələr uğrunda mübarizə apara biləcəyik.

Qərar sadə olmayıb, amma biz pərdəarxasında nə baş verdiyini, onların güc qurğusu və digər məsələlərlə bağlı hansı işlər gördüklərini bilirik. Perspektiv vəd edən başqa komandalara da baxmaq lazım idi. Bütün amilləri dəyərləndirdik, buna görə qalmağa qərar verdik”.

,