Karun Çandhok: “Görünür, Madriddə daha artığına nail olmaq imkanını əldən verilib.
Monakoda da yarış ötməsiz keçir, amma mərhələnin tarixinə görə orada hər şeyi bağışlayırıq. Lakin Madriddə ötmə etmək, demək olar ki, eyni dərəcədə mümkünsüz oldu, sadəcə daha yüksək sürətlə.
Mövcud trası, xüsusən də küçə trasını dəyişmək asan olmayacaq, amma ümid edirəm ki, gələn ilə qədər onlar nəyisə dəyişəcəklər.
Yalnız nəhəng döngəyə – Monumental-a yatırılan xərc və zəhmət, yəqin ki, çox böyük olub, amma təəssüf ki, indi trasın qalan hissəsinin yarış keyfiyyətini yaxşılaşdırmaq üçün daha çox vəsait yatırmalı olacaqlar”.





