Zandfort, İmola və Barselona 2027-ci il üçün ehtiyat traslardır

Mətbuata Formula1-in gələn mövsümü ilə bağlı getdikcə daha çox məlumat sızıb. Təqvimin rəsmi təsdiqinin bu həftə verilməsi gözlənilir, hələlik isə bu il olduğu kimi Yaxın Şərqdə mərhələləri ləğv etmək zərurəti yaranarsa, 2027-ci ildə Qran Pri qəbul etməyə hazır olan traslar məlum olub.

Formula1-də ümumilikdə üç ehtiyat tras seçilib və onların hamısı Avropada yerləşir. Formula1 üçün ilk seçim 2026-cı ildə qüvvədə olan müqavilə çərçivəsində sonuncu dəfə Niderland Qran Prisinin keçirildiyi Zandfortdakı tras olub.

İkinci ehtiyat tras – İmoladır və hesab olunur ki, bu ilin dekabrında Əbu Dabi Qran Prisini əvəz edəcək.

Üçüncü ehtiyat variant isə Barselonadır. İlkin plana əsasən, Kataloniya trası 2028-ci ildə rotasiya prinsipi ilə Formula1 təqviminə qayıtmalıdır, lakin ehtiyac yaranarsa, növbəti mövsüm Qran Priyə ev sahibliyi edəcək.

, , ,