İspaniya-2026: Kimi Antonelli ikinci sərbəst yürüşlərdə lider olub

Formula1-in Madrinqdə ilk sərbəst yürüşü təəccüblü dərəcədə sakit keçib - bu, bu günə qədər qəzasız baş tutan ilk sessiya olub, lakin ondan sonra keçirilən Formula 2 yarışında insidentlər bol olub və sessiya üç dəfə qırmızı bayraqlarla dayandırılıb - yeni şəhər tipli tras ən kiçik səhvləri belə bağışlamayıb.

Səhər əsas sazlamaları müəyyənləşdirən sürücülər günün ikinci yarısında təkərlərlə fəal işləyib, məsafə ərzində rezinin effektivliyini və aşınmasını dəyərləndiriblər. Hamı gözləyirdi ki, yeni trasda cümə günü ilişmə zəif olacaq, amma təzə asfalt pis işləməyib, hərçənd aşınma yüksək olub.

Alonso sessiyanın əvvəlində trasa çıxa bilməyib – mexaniklər ilk sərbəst yürüşün sonunda nasazlıq yaradan mufta ilə işi davam etdiriblər. Norris ötürmələr qutusundakı problemə görə qızdırma dövrəsindən sonra boksa qayıdıb və bir daha trasa çıxmayıb.

Səhər olduğu kimi, ilk dövrələr seriyasını hamı Medium-la keçirib və bunu kifayət qədər ehtiyatla edib. Börman 16-cı döngədə baryerə toxunub, Həmilton isə 17-cidə trasın hüdudlarından kənara çıxıb – maşın üçün xətasız ötüşüb.

Sessiyanın ikinci yarısında sürücülər Soft təkərlərə keçiblər. Pit-leyn üzərində qısa müddətlik sarı bayraqlar dalğalanıb – marşallardan biri trasa çıxıb. Alonso maşının uzunmüddətli təmirindən sonra azarkeşlərin alqışları altında boksdan çıxıb.

35-ci dəqiqədə qırmızı bayraqlar göstərilib – Lindbladın maşını 13-cü döngədə əyləcləmə zamanı fırlanıb və baryerə çırpılıb. Arvid komandadan üzr istəyib və piyada boksa qayıdıb.

Maşını təxliyə ediblər, baryerləri bərpa ediblər və on dəqiqə sonra sürücülər yenidən trasa qayıda biliblər.

Lekler 5-6-cı döngələr şikanasını kəsib, Piastri isə 7-ci döngədə təhlükəsizlik cibinə girib – maşın üçün xətasız ötüşüb. Sessiyanın sonunda Stroll asta sürətlə boksa qayıdıb – komanda telemetriyada problem görüb.

Ən yaxşı nəicəni Kimi Antonelli göstərib – o, dövrəni 1:33.662-yə vurub.

İkinci sərbəst yürüşlər

Sürücü Komanda Vaxt Fərq Dövrə
1. Kimi Antonelli Mercedes 1:33.662 24
2. Şarl Lekler Ferrari 1:33.775 + 0:00.113 26
3. Lyuis Həmilton Ferrari 1:33.811 + 0:00.149 23
4. Arvid Lindblad Racing Bulls 1:33.890 + 0:00.228 15
5. Corc Rassell Mercedes 1:33.999 + 0:00.337 25
6. Maks Ferstappen Red Bull 1:34.063 + 0:00.401 22
7. Oskar Piastri McLaren 1:34.200 + 0:00.538 24
8. Yuki Tsunoda Racing Bulls 1:34.758 + 0:01.096 26
9. Esteban Okon Haas 1:34.867 + 0:01.205 26
10. Liam Louson Red Bull 1:34.938 + 0:01.276 21
11. Pyer Qasli Alpine 1:34.959 + 0:01.297 21
12. Niko Hülkenberq Audi 1:35.060 + 0:01.398 22
13. Qabriel Bortoleto Audi 1:35.170 + 0:01.508 25
14. Oliver Börman Haas 1:35.203 + 0:01.541 26
15. Franko Kolapinto Alpine 1:35.886 + 0:02.224 22
16. Karlos Sayns Williams 1:36.291 + 0:02.629 25
17. Fernando Alonso Aston Martin 1:36.780 + 0:03.118 16
18. Aleks Əlbon Williams 1:36.936 + 0:03.274 22
19. Serxio Peres Cadillac 1:37.195 + 0:03.533 24
20. Ləns Stroll Aston Martin 1:37.273 + 0:03.611 20
21. Valtteri Bottas Cadillac 1:37.727 + 0:04.065 24
22. Lando Norris McLaren 2
,